- 16:16
Ermənistan-İran dövlətlərarası avtomobil yolunun 234-cü kilometrliyindən sel keçib və torpaq sürşməsi baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Yol İdarəsindən məlumat verilib.
Nəticədə Ltsen-Tatev yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Hazırda ərazinin təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər aparılır.