İstanbulda ağır yol qəzasında 5 nəfər yaralanıb


  • 22 Aprel 16:13

Türkiyənin İstanbul şəhərində mikroavtobusla taksinin toqquşması nəticəsində 5 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə İstanbulun Sarıyer adlı ərazisində qeydə alınıb.

Əraziyə polis və təcili yardım əməkdaşları göndərilib.

Yaralılar ətrafdakı xəstəxanaya aparılıb.

Bir müddət sonra nəqliyyatın hərəkəti bərpa olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər