Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 6 nəfər saxlanılıb


  • 22 Aprel 17:07

Türkiyənin 5 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konya Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin gizli strukturunda iştirak etdiyi iddia edilən şəxslər barəsində həbs qərarı çıxarılıb.

Mərkəzi Konya olan 5 vilayətdə eyni vaxtda həyata keçirilən əməliyyat zamanı 6 şübhəli saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər