Mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 17 nəfər yaralanıb


  • 22 Aprel 17:26

Türkiyənin Adana şəhərində mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 17 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Mardindən Manisaya gedən kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus Karaisalı rayonunda uçurumdan aşağı düşüb.

Dərəyə düşən avtobus alovlanıb.

Hadisə yerinə polis, təcili yardım və xilasetmə qrupları sövq edilib.

Yanğın Adana Böyükşəhər Bələdiyyəsi xilasetmə qrupları tərəfindən söndürülüb.

Yaralılar şəhərin müxtəlif xəstəxanalarına aparılıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər