Rusiyada zavodda güclü yanğın olub


  • 22 Aprel 17:33

Rusiyada zavodda baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğın Voronej şəhərində yerləşən elektrik avadanlıqları istehsal edən zavodda baş verib.

Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib.

Yanğının qarşısı alınıb.

Hadisənin səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər