Nigeriyada silahlı hücumlar zamanı 21 nəfər ölüb


  • 22 Aprel 18:05

Nigeriyanın Plato əyalətində baş verən hücumlar zamanı 21 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mwaghavul Gənclər Hərəkatının sədri Sunday Dankaka məlumat verib.

O bildirib ki, çobanlar əyalətin Manqu və Kuru bölgələrində silahlı hücumlar həyata keçiriblər.

Dankaka hücumlarda 21 nəfərin həyatını itirdiyini, xeyli sayda insanın isə yaralandığını qeyd edib.

Hücumlar zamanı bir çox evə zərər dəyib.

Qeyd edək ki, Yayla əyalətinin Manqu bölgəsində vaxtaşırı çobanlarla fermerlər arasında toqquşmalar baş verir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər