Türkiyədə 24 şagird qidadan zəhərlənib


  • 22 Aprel 18:51

Türkiyənin Kayseri şəhərində şagirdlər arasında kütləvi zəhərlənmə olub.

E-huquq.az xəbər verir ki, Kayserinin mərkəzi Kocasinan rayonunda yerləşən orta məktəbdə küftə və çörək yeyən 24 şagird ürək bulanmasından şikayətlənib.

Məktəb rəhbərliyinə vəziyyətlə bağlı məlumat verildikdən sonra şagirdlər təcili yardımla şəhərin müxtəlif xəstəxanalarına aparıblar.

Onların qidadan zəhərləndiyi məlum olub.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər