İtaliyada uşaq məhbuslara işgəncə verən 13 mühafizəçi saxlanılıb


  • 23 Aprel 10:30

İtaliyanın Milan şəhərindəki cəzaçəkmə müəssisəsində 13 mühafizəçinin uşaq məhbuslarla pis rəftar etdikləri və onlara işgəncə verdikləri səbəbi ilə saxlanıldığı bildirilib.

E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində şəhərin Çezare Bekkariya Uşaq Həbsxanasında hazırda çalışan 12, həmçinin daha əvvəl orada işləyən 1 mühafizəçi uşaqlara qarşı pis rəftarına və onlara işgəncə verdiklərinə görə saxlanılıb.

İstintaq çərçivəsində 8 nəfər dövlət vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.

Həmin şəxslərin həbs olunan uşaqlara qarşı pis rəftarının 2022-ci ildən bəri davam etdiyi məlum olub.

Qeyd edək ki, İtaliyada daha əvvəl Foggia və Reggio Emilia şəhərlərində yerləşən həbsxanalardakı bəzi məmurlara qarşı pis rəftar və işgəncə əsasında məhkəmə və inzibati proseslər başlanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər