Rusiya müdafiə nazirinin müavini rüşvət almaqda şübhəli bilinir - YENİLƏNDİ


  • 23 Aprel 23:22

Rusiyanın İstintaq Komitəsinin əməkdaşları tərəfindən saxlanılan müdafiə nazirinin müavini Timur İvanov azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir.

E-huquq.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilir ki, Cinayət Məcəlləsinin ona qarşı irəli sürülən maddəsinə görə, məmuru 15 ilədək həbs cəzası gözləyir.

Məlumata görə, o, xüsusilə böyük miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 6-cı maddəsinin 290-cı hissəsi). Xüsusilə böyük məbləğ 1 milyon rubl məbləğindən başlayır. Beləliklə, İvanov 1 milyon rubldan çox rüşvət almaqda şübhəli bilinir. Bu maddə üzrə maksimum cəza 15 ilə qədər həbsi nəzərdə tutur.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, T.İvanovun saxlanılması barədə dövlət başçısı Vladimir Putinə məruzə edilib.

***

22.43

Rusiya Müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusita İstintaq Komitəsinin Telegram kanalı məlumat yayıb.

“Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) Rusiya müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, 2012-ci ildə İvanov Moskva vilayəti hökuməti sədrinin müavini vəzifəsində çalışıb. 2013-2016-cı illərdə - "Oboronstroy" ASC-nin baş direktoru.
2016-cı ilin mayında prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib.

Oxşar xəbərlər