Türkiyənin 3 vilayətində PKK/KCK əməliyyatı: 9 nəfər saxlanılıb


  • 24 Aprel 15:15

Türkiyənin 3 vilayətində PKK/KCK terror töəşkilatına qarşı əməliyyat zamanı 9 nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi tərəfindən təşkilatla əlaqəsi olduğu müəyyən edilən şübhəlilərin şəxsiyyəti və ünvanları təsbit edilib.

Mərkəzi İstanbul olmaqla Ankara və Şanlıurfada, 11 ünvanda eyni vaxtda keçirilən əməliyyat zamanı 9 nəfər yaxalanıb.

Ünvanlarda aparılan axtarışlar zamanı şübhəlilərə məxsus rəqəmsal materiallar və qadağan olunmuş nəşrlər ələ keçirilib.

Saxlanılan şəxslər polis idarəsinə aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər