Konqoda epidemiya elan edildi


  • 24 Aprel 16:52

Konqo Respublikasının paytaxtı Brazzavil də daxil olmaqla 5 bölgəsində epidemiya elan edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Konqo Respublikasının Səhiyyə Naziri Gilbert Mokoki məlumat verib.

Nazir bildirib ki, ölkədə 19 Mpox (mpox) xəstəliyinin qeydə alınmasından sonra epidemiya elan edilib.

İndiyə qədər heç bir ölüm halının qeydə alınmadığını vurğulayan Mokoki, insanları heyvanlarla yaxın təmasdan qaçmağa çağırıb.

Qeyd edək ki, nadir bir virusun yaratdığı xəstəliklərdən biri kimi tanınan mpox iki - Konqo və Qərbi Afrika növləri var. Virus adətən heyvandan insana, nadir hallarda isə insandan insana yaxın təmas yolu ilə keçir. Virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər