Məzmuna keç

Ermənistan Konstitusiya Məhkəməsi hakiminin oğlu oğurlandı

Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Hrant Nazaryanın 8 yaşlı oğlu oğurlanıb.

E-huquq.az Ermənistanın “Shamshyan.com” saytına istinadən xəbər verir ki, H. Nazaryan yanvarın 27-də polis şöbəsinə məlumat verərək, keçmiş həyat yoldaşı Annanın 8 yaşlı oğlunu naməlum yerə apardığını bildirib. H. Nazaryan yazdığı ərizədə qeyd edib ki, keçmiş həyat yoldaşının oğlunu qaçırdığını düşünür.

Polis faktla bağlı araşdırmalara başlayıb.