Çində yeni növ koronavirusdan ölənlərin sayı 361 nəfərə çatıb.
E-huquq.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, virusa yoluxanların sayı 17205 nəfərə çatıb, onlardan 2296 nəfərin vəziyyəti ağırdır.
Bildirilir ki, fevralın 2-si saat 20:00 üçün 475 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Qeyd edilir ki, yalnız fevralın 2-si 2829 yoluxma halı və 57 ölüm faktı qeydə alınıb.
