Məzmuna keç

Rusiya məhkəməsi “Twitter”i cərimələdi

Moskva Məhkəməsi "Twitter"i 4 milyon rubl (63 min ABŞ dolları) məbləğində cərimələyib.

Moskva Məhkəməsi "Twitter"i 4 milyon rubl (63 min ABŞ dolları) məbləğində cərimələyib.

E-huquq.az-ın məlumatına görə, məhkəmə ABŞ-ın "Twitter" kompaniyasını rusiyalı istifadəçilərin şəxsi məlumatları olan serverləri Rusiyaya gətirməkdən imtina etməsinə görə cərimələyib.

"ABŞ-ın Kaliforniya ştatında qeydiyyatda olan xarici hüquqi şəxs "Twitter Inc" inzibati cinayət törətməkdə təqsirkar bilinərək 4 milyon rubl məbləğində cərimələnsin”, – deyə məhkəmənin hökmündə bildirilib.

Mənbə: APA