- 21:20
Fransada həbsxanalara hücumlar olub.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Cerald Darmanin məlumat verib.
O, həbsxana işçilərinin yenidən hücumlara məruz qaldığını bildirib.
Nazir hücumlar zamanı heç kimin xəsarət almadığını deyib.
O, bu hücumların dövləti "alçaltmaq" xarakteri daşıdığını vurğulayaraq, cinayətkarların tez bir zamanda tutulmasını istəyib.
"Mən bilirəm ki, Daxili İşlər Nazirliyi cinayətkarları tez bir zamanda tutacaq və bu qarışıqlığa son qoyulacaq” - deyə nazir əlavə edib.
Qeyd edək ki, aprelin 14-dən 16-na keçən gecə Fransanın Toulon, Marsel və Luynes kimi müxtəlif şəhərlərində həbsxanalara hücumlar həyata keçirilib və məsələ ilə bağlı araşdırma başlayıb.
Şəbnəm Mehdizadə