- 8 May 20:08
Türkiyənin İstanbul şəhərində zərgərlik mağazasında oğurluq hadisəsi baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Esenyurt adlı ərazisində zərəgərlik mağazasında daxil olan şəxs zərgərə müştəri kimi gəlib bəyəndiyi qolbaqları alacağını, ancaq kredit kartı ilə ödəyəcəyini bildirib.
Lakin şübhəli şəxs 560 min lirə dəyərində olan qolbaqları oğurlayaraq qaçıb.
Mağaza satıcısı və mağazadakılar tərəfindən təqib edilən şübhəli əlindəki silahla havaya atəş açıb, daha sonra onu gözləyən taksiyə minib qaçıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə