Çində 10 yaşlı yapon əsilli uşağı bıçaqlayaraq öldürən şəxs edam edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi Yaponiyanın Pekindəki səfirliyinə məlumat göndərib.
Şübhəlinin nə vaxt və harada edam edildiyi məlum deyil.
Qeyd edək ki, atasının yapon, anasının isə çin vətəndaşı olduğu bildirilən 10 yaşlı uşaq 2024-cü il sentyabrın 18-i səhər saatlarında məktəbə gedərkən bıçaqla hücuma məruz qalıb.
Xəsarət alan şagird aparıldığı xəstəxanada dünyasını dəyişib, şübhəli şəxs isə hadisə yerində saxlanılıb.
Hadisəni törədən şəxs məhkəmə qərarı ilə edam cəzasına məhkum edilib.
Humay Eminqızı
