Məzmuna keç

Türkiyədə ağır yol qəzası: ölən və yaralı var

Türkiyənin Afyonkarahisar şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afyonkarahisarın Bolvadin mahalında Hamidiye kəndi yaxınlığında tırın məlum olmayan səbəblərdən avtomobilə toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qəza yerinə təcili tibbi yardım, xilasetmə, polis qrupları cəlb edilib.

Qəzanın səbəbləri araşdırılır.

Humay Eminqızı