Məzmuna keç

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Putinlə görüşə bilər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof aprelin 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.

E-huquq.az xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

“Flightradar” izləmə xidmətinin məlumatına görə, göyərtəsində Stiven Uitkofun olduğu “Gulfstream G650” təyyarəsi Parisdən Rusiyaya doğru uçub.