- 8 May 20:08
ABŞ əhalisinin 46 faizinin havanın çirkli olduğu bölgələrdə yaşayır.
E-huquq.az xəbərə verir ki, bu barədə məlumat Amerika Ağciyər Assosiasiyasının (ALA) yaydığı hesabatda yer alır.
Məlumatda qeyd olunub ki, havanın çirklənməsindən zərər çəkənlərin sayı son 10 ildə ən yüksək həddə çatıb.
Hesabatda 156,1 milyon insanın, yəni həmin dövrdə ABŞ əhalisinin 46 faizi qeyri-sağlam səviyyədə ozon və ya hissəciklərlə çirklənmiş ərazilərdə yaşadığı müəyyən edilib. Hesabatda həddindən artıq istilər, meşə yanğınları və quraqlığın ölkə daxilində hava keyfiyyətini aşağı saldığı qeyd olunub.
Qurum rəsmisi Katherine Pruitt dəyişən iqlimə təsir edən və insan həyatına təhlükə yaradan çirkləndiricilərə nəzarət etmək üçün daha çox tədbir görülməli olduğunu bildirib.
Şəbnəm Mehdizadə