- 28 May 20:57
Türkiyənin İstanbul şəhərində binada yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Esenyurt rayonunda yerləşən və içərisində iş mərkəzi, kafe və marketin yerləşdiyi 4 mərtəbəli binada qeydə alınıb.
Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.
Kafe və market tamamilə yararsız vəziyyətə düşüb.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
Polis hadisə yerində təhlükəsizlik tədbirləri görüb.
Şəbnəm Mehdizadə