Bakıda marketdən 12 600 manat oğurlandı


  • 27 May 11:53

Bakıda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar.

E-huquq.az DİN-ə istinadən xəbər verir ki, Xəzər rayonunda yerləşən marketlərin birindən 12600 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini 30 yaşlı C.Qasımlı saxlanılıb.
Səbail rayonu ərazisində də analoji hadisə baş verib. Marketlərin birindən 1133 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 24 yaşlı İ.Həsənov və 34 yaşlı Ş.Xudiyeva saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər