Məzmuna keç

Ağdaşda avtomobil qatara çırpıldı,

Ağdaşda avtomobil dəmiryolu keçidində qatara çırpılıb.

E-huquq.az xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryolu keçidində baş verib. Minik avtomobilinin qatarla toqquşması zamanı ilkin məlumata görə 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma başlanıb.