- 31 May 21:07
Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, rayonun Ərəb Qubalı kəndində ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 1 otaq 60 m² sahədə, 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 125 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.