Məzmuna keç

Ağsuda yanğın oldu

Ağsu şəhərində 4 otaqlı ev yanıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin tavanı 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.