- 16:42
Avqustun 17-də saat 20 radələrində Astara rayonunun Suparibağ kəndində qətl hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.
Məlumata görə, kənd sakini, 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlu kəsici alətlə qətlə yetirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.