Tovuz sakini qonşusunu avtomobillə vuraraq öldürüb


  • 17 Avqust 23:49

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Ramal Mürşüdov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə qonşusu, 1950-ci il təvəllüdlü Solmaz Mejdinovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

  • 17 Avqust 11:03
Ağsuda yanğın oldu