Ağstafada avtomobil qəzası oldu, ölən və xəsarət alan var


  • 23 Avqust 19:34

Ağstafada avtomobil qəzası baş verib, bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

E-huquq.az xəbər verir ki, "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Zəlimxan kənd sakini, 2002-ci il təvəllüdlü Ayxan Məmmədov ölüb.

Daha bir nəfər isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər