Beyləqanda ot tayasından yıxılan kişi xəstəxanada öldü


  • 23 Avqust 23:10

Gəncədə 64 yaşlı kişi xəstəxanada ölüb.

E-huquq.az xəbər verir ki, ölən şəxs Beyləqan rayon sakini, 1961-ci il təvəllüdlü H.Hüseynovdur.

Qeyd olunur ki, bir neçə gün əvvəl H.Hüseynov Beyləqan rayonunun İkinci Aşıqlı kəndində öz həyətində ot tayasından yıxılıb.

Əvvəlcə o, Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır olduğundan isə Gəncədəki xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər