- 16:20
Lənkəranda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub.
E-huquq.az xəbər verir ki, 34 yaşlı Əfsanə Əkbər qızı Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı, 1993-cü il təvəllüdlü Nicat Lələzadə könüllü şəkildə polisə gedərək təslim olub.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma Lənkəran rayon prokurorluğu tərəfindən davam etdirilir.
***
10:06
Lənkəranda dəhşətli qətl hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, rayonun Liman şəhəri ərazisində 34 yaşlı qadın ailədaxili münaqişə zəminində qətlə yetirilib.
Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrindən, o cümlədən boynundan aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.
Xəstəxanadan verilən məlumata görə, qadın ora çatdırılarkən artıq həyatını itirmiş vəziyyətdə olub və həkiməqədər ölüm faktı qeydə alınıb.
Əldə olunan ilkin məlumatlara əsasən, qadının həyat yoldaşı qətlin əsas şübhəlisi kimi saxlanılıb. Meyit daxili və xarici ekspertiza olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.