- 00:29
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yerləşən anbarda gecə saatlarında yenidən yanğın şiddətlənib.
E-huquq.az xəbər verir ki, ərazidə xeyli sayda FHN-in şəxsi heyəti və xüsusi texnikası çalışır.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
23:00
“Sədərək” Ticarət Mərkəzində bu gün günorta saatlarından başlayan yanğın hələ də davam edir.
E-huquq.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbələrdə yayılıb.
Həmin videodan yanğının hələ də davam etdiyi görünür.
Qeyd edək ki, bir neçə saat öncə FHN yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər gördüyünü açıqlamışdı.
Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.
a