Bakıda yataqxanada yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib


  • 25 Avqust 18:32

Bakı şəhərində yataqxanada yanğın hadisəsi olub.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bilirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb.

Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər

  • 24 Avqust 22:11
İsmayıllıda ev yandı