Bakıda evdən 10 min pul oğurlayan şəxslər saxlanıldı


  • 26 Avqust 13:14

Bakı şəhərində evdən 10 min pul oğurlayan şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Yasamal rayonunda talama cinayəti qeydə alınıb.

Naməlum şəxslər gecə saatlarında paytaxt sakininin evindən 10 min manat oğurlayıblar. Bu barədə zərərçəkən şəxs polisə məlumat verib.

Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 34 yaşlı Ü.Qasımov və 24 yaşlı N.Qəmbərov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər