Yevlaxda atasını bıçaqlamaqda şübhəli bilinən oğul saxlanıldı


  • 26 Avqust 22:37

Yevlaxda atasını bıçaqlamaqda şübhəli bilinən oğul məsuliyyətə cəlb edilib.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirib.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 36 yaşlı oğlu Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İbtidai istintaq aparılır.

Qeyd edək ki, saxlanılan şəxs - V.Talıbov Vətən müharibəsi qazisidir.

Oxşar xəbərlər