Kəlbəcərdə qaz sızması nəticəsində partlayış oldu, 4 nəfər xəsarət aldı- YENİLƏNDİ


  • 26 Avqust 23:53

Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı partlayış olub.

Kəlbəcər rayonunun Bərpa,Tikinti və İdarəetmə Xidmətindən e-huquq.az-a bildirilib ki, hadisə zamanı heç bir dağıntı və ya yanğın baş verməyib.

Yoxlanışı həyata keçirən 3 məsul şəxs və mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

E-huquq.az xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar Kəlbəcərdə binalardan birində qaz xəttinin çəkilişində çalışan fəhlələrdir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər