Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNDİ


  • 01:00

Dağıstanda 5,3 maqnitudada zəlzələ qeydə alınıb, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib.

Bu barədə e-huquq.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub.

***

00:54

Azərbaycanın qərb bölgəsində zəlzələ olub.

E-huquq.az xəbər verir ki, saat təxminən 00-15 radələrində Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gəncə şəhərlərində yeraltı təkanlar bir neçə saniyə hiss edilib.

Dağıntı və tələfat qeydə alınmayıb.

***

00:47

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

E-huquq.az bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Zəlzələ Azərbaycanın bir sıra rayonlarında da hiss edilib.

Zəlzələ Bakı və Sumqayıtda da hiss olunub.

***

00.39

Bu dəqiqələrdə Sumqayıtda zəlzələ olub.

E-huquq.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.

Sakinlər yeraltı təkanları hiss etdiklərini yazıblar.

Oxşar xəbərlər