- 27 Avqust 21:00
Yevlaxda 16 yaşlı oğlanı 20 yaşlı həmyerlisi bıçaqlayıb.
E-huquq.az xəbər verir ki, bıçaqlanma hadisəsi Yevlax şəhər ərazisində baş verib. Rayon sakini 2009-cu il təvəllüdlü Hüseyn Qasımov mübahisə zəminində həmyerlisi 2005-ci il təvəllüdlü Qeyis Yolçuyev tərəfindən bıçaqlanıb.
H.Qasımov xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan e-huquq.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini 2005-ci il təvəllüdlü Qeyis Yolçuyev polis əməkdaşarı tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.