- 19:02
Abşeron rayonunun Saray qəsəbəsində 51 yaşlı qadın qətlə yetirilib, qaynı şübhəli bilinir.
E-huquq.az xəbər verir ki, Saray qəsəbəsində 1974-cü il təvəllüdlü Əminə Payızova öldürülüb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaya başlayıblar.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib.
Mənbə: Report