- 2 Sentyabr 15:37
Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülməklə davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.
Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.