- 21:18
Biləsuvarda ölümlə nəticələnən avtoqəza olub.
E-huquq.az xəbər verir ki, hadisə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.
Məlumata görə, iki minik avtomobili və bir yük maşını toqquşub. İlkin məlumata əsasən, qəza nəticəsində bir nəfər ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə təcili tibbi yardım maşınları ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralananların Cəlilabad rayon sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.