- 8 Sentyabr 23:38
Oğuzda iki gün əvvəl baş vermiş yol qəzasında ağır xəsarət alan qadın dünyasını dəyişib.
E-huquq.az xəbər verir ki, 33 yaşlı Ağdam rayon sakini Aygün Quliyeva Qəbələ Rayon Mərkəzi Xəstəxanasında müalicə alarkən həyatını itirib.
Qəza sentyabrın 6-sı axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
Qadın sürücünün idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı Sumqayıt şəhər sakini, 31 yaşlı Arifə Səlimova aldığı ağır xəsarətlərdən yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb və müvafiq istintaq tədbirləri aparılır.