- 17:06
Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, Şəki-Vərəzət yolu ilə hərəkət edən 2004-cü il təvəllüdlü Şahnaz Kərimovanı "VAZ-21010" markalı avtomobil vurub.
Nəticədə xəsarət alan Ş. Kərimova Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
Hadisə ilə bağlı araşdırma aparılır.