Toydan qayıdarkən aşan maşında ağır yaralanan kişi öldü


  • 19:05

Üç gün öncə Yevlaxda toydan qayıdarkən aşan maşında ağır yaralanan 47 yaşlı kişi öldü.

E-huquq.az xəbər verir ki, ölüm faktı bu gün səhər saatlarında qeydə alınıb.

Belə ki, Salahlı kəndində keçirilən toy məclisindən qayıdarkən Hürüuşağı kəndi yaxınlığında aşaraq su arxına düşən avtomobildə olan 1979-cu il təvəllüdlü Xalid Ələkbərov ağır xəsarətlər alaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Həkimlərin cəhdlərinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə zamanı yaralanan digər 3 nəfərdən ikisi cərrahiyyə şöbəsinə yerləşdirilib. Bir nəfərə isə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər