Yevlaxda yaşayış binasında yanğın: Bir nəfər xəsarət alıb


  • 7 Dekabr 18:10

Yevlax şəhərində doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yanğın olub.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 96 m² olan 2 otaqlı mənzilin eyvanında həcmi 5 litr olan qaz balonunun başlıq hissəsi və sızan qaz yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər