Dənizkənarı Milli Parkda oğurluq edən 2 nəfər saxlanıldı


  • 15:29

Səbail rayonunda oğurluq hadisələri qeydə alınıb. Vətəndaşlardan birinin Dənizkənarı Milli Park ərazisindəki oturacağın üzərinə qoyduğu çantasından 190 manat pul, bank kartları və şəxsi sənədləri, digərinin isə ödəmə terminalında unutduğu bank kartı ələ keçirilərək hesabında olan maddi vəsait talanıb.

E-huquq.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə U.Əmiraslanova və R.Hüseynli qeyd olunan əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıblar.

Rayon ərazisində keçirilən digər əməliyyatlar zamanı isə zərərçəkənin ticarət mərkəzlərindən birinin qarşısına park etdiyi velosipedini, digər vətəndaşın isə qapısı açıq qalmış avtomobilindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən B.Abdullayev və F.Süleymanov da müəyyən olunaraq saxlanılıblar.

Faktlar üzrə araşdırmalar aparılır.

Oxşar xəbərlər