Şabranda qəza nəticəsində qaz xəttinin 30 metrlik hissəsi yararsız vəziyyətə düşdü - FOTO


  • 12 Sentyabr 2020 18:44

Şabran rayonunda avtomobil qəzası nəticəsində qaz təsərrüfatına ziyan dəyib.

Bu barədə e-huquq.az-a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Sentyabrın 12-də Şabran rayonu Dağ Bilici kəndində avtomobil qəzası nəticəsində qaz təsərrüfatına ziyan dəyib. Diametri 76 mm olan qaz xəttinin 30 metrlik hissəsi yararsız vəziyyətə düşüb".

Oxşar xəbərlər