Lənkəranda qətl hadisəsi baş verdi


  • 13 Sentyabr 14:46

Lənkəran rayonunun Liman şəhərinin Balıqçılar qəsəbəsində qətl hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, Lənkəran rayon sakini, bir müddət əvvəl azadlığa buraxılmış keçmiş məhkum, 1983-cü il təvəllüdlü Mais Abıyev həyat yoldaşı, 1981-ci il təvəllüdlü Günay Abıyevanı yaşadıqları evdə odlu silahla qətlə yetirib.

Qətlə yetirilən Günay Abıyeva əslən Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəndir. O, ailə qurduqdan sonra Lənkəranın Liman şəhərinin Balıqçılar qəsəbəsinə köçüb. Ailənin iki övladı var.

Faktla bağlı cinayət işi açılıb, rayon prokurorluğunda araşdırmalar aparılır.

Oxşar xəbərlər