Noyabrın 20-də polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 pulemyot, 1 mərmi, 18 tüfəng, 12 patron darağı və 385 ədəd müxtəlif çaplı patron aşkar edilib.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
