Bakıda yolun asfalt-beton örtüyü çöküb.
E-huquq.az xəbər verir ki, bu barədə məlumatı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli məlumat yayıb.
A.Nəcəfli bildirib ki, Səbail rayonu, Şeyx Şamil küçəsində yolun asfalt-beton örtüyündə çökmənin baş verməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bu barədə agentliyin aidiyyəti şöbəsi artıq məlumatlandırılıb: "Bildiririk ki, qısa müddət ərzində çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək".
