"Jurnalistlərin binası"ndan azyaşlı yıxılaraq öldü


  • 8 İyun 2021 21:21

İyunun 8-də 2017-ci il təvəllüdlü Abbas İsmayılovun rayonun Salyan şossesində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə e-huquq.az-a Səbail rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir.

Hadisə jurnalistlərin üçün ayrılmış ikinci binada baş verib.

Oxşar xəbərlər